Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və Çili arasında mühüm siyasi görüş keçirildi

3 dəq
Paylaş:
Azərbaycan və Çili arasında mühüm siyasi görüş keçirildi

Santyaqo şəhərində və Çili Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin II raundu keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələr mayın 6-7-də Azərbaycan nazirinin müavini Elnur Məmmədovun Çiliyə səfəri çərçivəsində baş tutub.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çili tərəfindən isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Patrisio Torres başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə, ticarət, biznes və sərmayələrin təşviqi məqsədilə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın qurulmasına qarşılıqlı dəstək ifadə olunub.

Yekunda tərəflər arasında ADA Universiteti ilə Çilinin "Andres Bello" Akademiyası arasında akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Daha sonra Azərbaycan Çili xarici işlər nazirinin beynəlxalq iqtisadi məsələlər üzrə müavini Paula Estevez Vaynştayn ilə görüşüb. Aparılmış müzakirələr zamanı tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin təşviqi imkanlarına bir daha nəzər yetirərək, bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsinin vacib olduğunu bildiriblər.

Azərbaycandan olan , həmçinin Çili Milli Konqresi Senatının vitse-prezidenti (sədr müavini) İvan Moreira və Çili Milli Konqresi Senatının Xarici Əlaqələr Komissiyasının prezidenti Manuel Xose Ossandon, Çili Milli Konqresi Senatında Parlamentlərarası dostluq qrupunun yeni sədri, senator Roxo Edvards, Dostluq Qrupunun yeni üzvləri ilə görüşlər keçiriblər.

Aparılmış müzakirələr zamanı iki ölkə arasında parlament diplomatiyasının təşviqi, bu çərçivədə ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın inkişafına qarşılıqlı dəstək ifadə olunub.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov tərəfindən "Andres Bello" Diplomatik Akademiyasında "Azərbaycanın xarici siyasəti" mövzusunda təqdimat edilib

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax