İyunun 8-də Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Məlumatda qeyd edilib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçiriləcək görüş İstanbulda baş tutacaq.
Görüşdən sonra nazirlərin mətbuata açıqlama vermələri nəzərdə tutulub.