Əsas məzmuna keç

Azərbaycan səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib

Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya prezidenti Marselo Rebelo de Sousaya təqdim edib. "Operativ...

Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya prezidenti Marselo Rebelo de Sousaya təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, səfir görüş çərçivəsində İlham Əliyevin salamlarını Portuqaliya Prezidentinə çatdırıb.

Həmçinin səfir cari ilin noyabr ayında keçiriləcək COP29-a Prezidentinin dəvətini Portuqaliya Prezidentinə təqdim edib.

Azərbaycanın Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi verməsi və tezliklə Lissabon şəhərində Azərbaycan səfirliyinin diplomatik ofisinin açılmasının nəzərdə tutulması İ.Muxtarov tərəfindən Portuqaliya Prezidentinin diqqətinə çatdırılıb.

Portuqaliya öz növbəsində Azərbaycan Prezidentinə salamlarını çatdıraraq dəvətə görə təşəkkürünü ifadə edib və tezliklə Azərbaycan dövlət başçısı ilə görüşməkdən məmnun olacağını bildirib.

Qeyd edək ki, etimadnamənin təqdimetmə mərasimi XVI mənsub qədim kral sarayı və Portuqaliya Prezidentinin rəsmi rezidensiyası kimi fəaliyyət göstərən tarixi Belem sarayında baş tutub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…