Əsas məzmuna keç

Mirziyoyev Mehriban Əliyevanı təbrik edib

Mirziyoyev Mehriban Əliyevanı təbrik edib

Özbəkistan lideri Birinci vitse-prezidentin doğum gününü təbrik edib. Məktubda iki ölkə arasındakı qardaşlıq bağları və mədəni əlaqələrin önəmi vurğulanıb.

en ru

Prezidenti Şavkat Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə xalqının rifahının təmin olunmasına, təhsil, elm, mədəniyyət və incəsənətin inkişafına, Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasına və təbliğinə yönəlmiş çoxşaxəli dövləti və ictimai fəaliyyətinizə dərin hörmətimi və səmimi heyranlığımı ifadə etmək istəyirəm.

Özbəkistanda Sizə xüsusi rəğbət və ehtiram bəslənilir, Özbəkistan-Azərbaycan münasibətlərinin ardıcıl şəkildə dərinləşdirilməsinə göstərdiyiniz daimi həssas diqqət yüksək qiymətləndirilir.

Ailələrimiz arasında mövcud səmimi və mehriban münasibətlər xüsusi sevinc hissi doğurur. Əminəm ki, bu dostluq və qarşılıqlı hörmət mühiti hazırda Özbəkistanı və Azərbaycanı birləşdirən həqiqi bağlarının parlaq ifadəsidir.

Əminəm ki, Sizin şəxsi iştirakınız bundan sonra da ölkələrimiz arasında humanitar və mədəni əlaqələrin möhkəmləndirilməsinə, xalqlarımızın yaxınlaşmasına və zəngin ümumi irsimizin gələcək nəsillər üçün qorunub saxlanılmasına hərtərəfli töhfə verəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz , xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və davamlı tərəqqi arzulayıram".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…