Xankəndinin deputatı: “Azərbaycan reinteqrasiya məsələsində israrlıdır”

Xankəndinin deputatı: “Azərbaycan reinteqrasiya məsələsində israrlıdır”
05.04.2023 17:28
Aa
dəq

“Xankəndi Azərbaycanın suveren ərazisidir və təcili-tibbi yardım avtomobilinin Xankəndi şəhərinə getməsi, səhhətində problem yaranmış insanlara yardım etməsi ilə bağlı bu qədər ajiotaj, səs-küy yaradılmasını, ümumiyyətlə erməni təbliğat maşını tərəfindən belə təəccüblü şəkildə məsələnin şişirdilməsini anlamaq olmur”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında milli məclisin deputatı Tural Gəncəliyev deyib.

Deputat azərbaycanlı həkimlərin nəyinki Azərbaycan əsilli vətəndaşlara, həmçinin Qarabağın erməni əsilli vətəndaşlarına da xidmət göstərməyə hazır olduqlarını bildirib:

“Dünən axşam saatlarında məlum olduğu kimi, Xankəndi istiqamətində, Şuşa-Laçın yolunda hərəkət edən erməni sakinlərinin səhhətində problem yaranmışdı və azərbaycanlı tibb işçiləri dərhal müdaxilə edərək erməni sakinlərinin Xankəndi şəhər xəstəxanasına çatdırılmasını təmin ediblər və Azərbaycan həkimləri tərəfindən bu məsələdə ilkin olaraq təcili-tibbi yardın göstərilib. Ümumiyyətlə, bu məsələ ilə bağlı erməni kütləvi informasiya vasitələrində, teleqram kanallarında, bəzi erməni blogerləri, erməni təbliğat maşınının əsas aparıcı qüvvələri hay-küy salaraq məsələyə başqa cür yanaşmaq istəyirdilər, ancaq burada heç bir təəccüblü, qeyri-adi məsələ yoxdur. Qarabağ Azərbaycanın suveren ərazisidir, həmçinin Xankəndi şəhəri də. Azərbaycan təcili-tibbi yardım avtomobilinin Xankəndi şəhərinə getməsi orada səhhətində problem yaranmış insanlara yardım etməsi ilə bağlı bu qədər ajiotaj, səs-küy yaradılmasını, ümumiyyətlə erməni təbliğat maşını tərəfindən belə təəccüblü şəkildə məsələnin şişirdilməsini anlamaq olmur. Suveren ərazilərimizdə Azərbaycan təcili-tibbi yardım maşınları istənilən şəhərə, qəsəbəyə gedə bilə. Orada olan insanlara kömək etmək, yardım etməkdən ötrü həmişə hazırdılar”.

Azərbaycanın reinteqrasiya məsələsində israrlı olduğunu qeyd edən deputat, bildirib ki, bu, Azərbaycanın daxili işidir və ikinci ölkənin bu məsələyə müdaxilə etmək istəməsi qəbuledilmzədir:

“Qarabağda yaşayan sakinlərə bir daha xatırladırıq ki, Azərbaycan reinteqrasiya məsələlərində israrlıdır. Biz istəyirik ki, Qarabağda yaşayan insanlar, ümumiyyətlə 30 il ərzində Ermənistan silahlı qüvvələrinin işğalı altında qalmış və orada girov kimi saxlanılmış vətəndaşların hər biri siyasi, iqtisadi və sosial həyata, cəmiyyətimizə reinteqrasiya olunsunlar. Bildiyiniz kimi, Azərbaycan tərəfi Qarabağın erməni sakinlərinə bir neçə dəfə müraciət edib və dialoq məsələsi üçün hazır olduğumuzu bildirib. Bu məsələ Azərbaycanın daxili işidir. Qarabağda  yaşayan sakinlərlə dialoq aparmaq, məsələlərimizi Azərbaycan konstitusiyası və qanunları ilə həll etmək, bu məsələyə sırf Azərbaycanın daxili işi kontekstində yanaşmaq heç kimdə şübhə doğurmamalıdır.

Dünənki hadisə Azərbaycan tərəfinin humanist mövqeyni göstərir və bütün dünyaya bir mesaj verir. Dünya erməni təbliğat maşını, onların havadarları bir daha əmin olsunlar ki, Laçın yolu bağlı deyil. Guya Laçın yolunun blokada olması adı altında nağıllar danışan, dünyanın ictimai-siyasi dairələrini, dünya ictimaiyyətini aldadan həmin o təbliğatçılara görk olsun ki, Laçın yolu blokada olsaydı onda səhhətində problem yaşayan ermənilərin Xankəndinə aparılması mümkün olmazdı. Hətta bunun Azərbaycan təcili-tibbi yardım maşını ilə aparılması onu göstərir ki, yol tam funksionaldır, fəaliyyət göstərir. Ümumiyyətlə, burada yenə də biz xatırlatmalıyıq ki, Qarabağda yaşayan sakinlər, əgər Azərbaycan qanunları, ölkə konstitusiyası çərçivəsində yaşamağı qəbul etsələr onlar üçün nə qədər imtiyazlara, digər Azərbaycan vətəndaşlarının sahib olduqları üstünlüklər malik olacaqlar. Onların Azərbaycan qanunları ilə bütün hüquq və təhlükəsizlikləri təmin olunacaq və bu gün də olunur”.

Məlik Məlikov

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu