Operativ Məlumat Mərkəzi

Azərbaycan Qazaxıstanla bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyir

1 dəq
Paylaş:
Azərbaycan Qazaxıstanla bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyir
bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü zamanı...

Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, Qazaxıstanda ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir: “Biz Sizin həyata keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə, onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik.

İkitərəfli münasibətlərimizə gəldikdə, Siz onların strateji, müttəfiqlik xarakterini qeyd etdiniz. Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər