Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidenti: Səudiyyə Ərəbistanı ilə ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir

1 dəq
Paylaş:
Azərbaycan Prezidenti: Səudiyyə Ərəbistanı ilə ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir
{"az":"bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq Elan Edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın...","en":"","ru":""}

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq Elan Edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda yer alıb.

“İqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpaolunan enerji, yaşıl keçid və digər sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmində olduğumuzu bildirirəm”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər