Əsas məzmuna keç

Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir

Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir

Azərbaycan Premyer Liqasının növbəti oyun günündə hansı komandalar qarşılaşacaq? Turnir cədvəlindəki vəziyyəti dəyişəcək matçlarla bağlı bütün təfərrüatlar.

en ru

Misli Premyer Liqasında IV bu gün start veriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Əvvəlcə "Qəbələ" evdə "İmişli" ilə üz-üzə gələcək. Qonaqlar 4 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 10-cu pillədə qərarlaşan meydan sahibləri 1 xala malikdir.

Günün son matçında "Kəpəz" doğma meydanda ""nı qəbul edəcək. Gəncə təmsilçisi 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 2 xalı olan "Şamaxı" doqquzuncudur.

Misli Premyer Liqası

I dövrə, IV tur

4 sentyabr

18:00. "Qəbələ" – “İmişli”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.

VAR: Rəşad Əhmədov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Qəbələ şəhər stadionu

20:15. "Kəpəz" – “Şamaxı”

Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.

VAR: Nicat İsmayıllı.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Elman Musayev.

Gəncə şəhər stadionu

Qeyd edək ki, IV tura sentyabrın 6-da yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…