Futbol üzrə Misli Premyer Liqasında XII tura yekun vurulub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.
Həmçinin oxuyun
"Neftçi" xal itirib
Günün ilk matçında "Sabah" evdə "Şamaxı"nı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb.
Turun bağlanış oyununda isə "Neftçi" öz meydanında "İmişli" ilə qarşılaşıb və gözlənilmədən rəqibinə uduzub - 2:3.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Karvan-Yevlax"a 2:1, "Qarabağ" "Sumqayıt"a 4:2, "Zirə" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib, "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında isə heç-heçə qeydə alınıb - 1:1.