Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Bildirilib ki, nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri Səbail rayonu, Badamdar–20-ci sahədə mütəmadi müşahidə və monitorinq işləri aparır.
Son monitorinqlər zamanı ərazidə sürüşmə prosesinin aktivliyinin davam etdiyi və mövcud çatlarda genişlənmənin baş verdiyi müəyyən edilib.
Hazırda ərazidəki vəziyyət nəzarətdə saxlanılır.