Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib
16.06.2024 19:04
Aa
dəq

Azərbaycan Ordusunun qoşun növləri, birlik və birləşmələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirib.

Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlıqlar kəsilib, onlar üçün bayram süfrələri təşkil edilib.

Müdafiə nazirinin tapşırığına əsasən Qurban bayramı münasibəti ilə Bakı şəhərində, eləcə də respublikamızın digər bölgələrində şəhidlərimizin məzarları ziyarət olunub, onların ailə üzvlərinə və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə baş çəkilib, onlara Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.

Həftənin ən çox oxunanları

Z.Həsənov Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb

Z.Həsənov Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb
DAVAMIN OXU davamın oxu

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev bu hərbi qulluqçulara ali hərbi rütbələr VERDİ

İlham Əliyev bu hərbi qulluqçulara ali hərbi rütbələr VERDİ
DAVAMIN OXU davamın oxu

Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO

Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO
DAVAMIN OXU davamın oxu

İlham Əliyev bu hərbi qulluqçuları TƏLTİF ETDİ

İlham Əliyev bu hərbi qulluqçuları TƏLTİF ETDİ
DAVAMIN OXU davamın oxu