Azərbaycan Mərkəzi Bankı (AMB) inzibati binalarında təmir işlərinin aparılması ilə bağlı açıq tender elan edib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumdan bildirilib.
Məlumata görə, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar tender təklifini və onun bank təminatını iyunun 5-i, saat 18:00-a qədər, digər sənədləri isə mayın 25-i, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.
Tenderin nəticəsi iyunun 6-da, saat 15:00-da portalda açıqlanacaq. İşlər satınalma müqaviləsi imzalandığı gündən etibarən ən geci 90 gün ərzində yükunlaşmalıdır.