Əsas məzmuna keç

Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq

Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq

Azərbaycan Mərkəzi Bankı ödəniş sistemində yenilik edir. Artıq vətəndaşlar maaş və sosial müavinətlərini istədikləri maliyyə qurumundan ala biləcəklər.

en ru

Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri vasitəsilə almaq imkanı əldə edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu layihə məcburi xarakter daşımır.

“Bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçmək imkanı verəcək. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək.

İlkin mərhələdə əmək haqqı ödənişləri, daha sonrakı mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası Ani Ödənişlər Sistemi üzərindən reallaşacaq. Bu çox geniş və çox şaxəli bir layihədir. Bu layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında daim müzakirələr aparılır”, - o qeyd edib.

Pensiya

Noyabr pensiyası 2026

  1. Bakı, Sumqayıt, Abşeron Hələ elan olunmayıb · adətən 6–14
  2. Naxçıvan MR 6 noyabr · Bu gün
  3. Digər bölgələr Hələ elan olunmayıb · adətən 11–23
Son aylar, artım və pensiya rəqəmləri ›

Pensiya ödənişi başlayanda bildiriş alın: gün açıqlananda və ödəniş günü.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…