Əsas məzmuna keç

Azərbaycan Mərkəzi Bankı iqlim maliyyəsi üzrə standartlar hazırlayır

Azərbaycan Mərkəzi Bankı iqlim maliyyəsi üzrə standartlar hazırlayır

Mərkəzi (AMB) aidiyyəti dövlət qurumları ilə birgə iqlim maliyyəsi üzrə miniumum standratların (taksanomiya) hazırlanması üzrə iş aparır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Əliyar Məmmədyarov Qubada keçirilən 3-cü “Aqrobiznesin İnkişafı Forumu”nda bildirib.

Onun sözlərinə görə, taksanomiya dayanıqlı və "yaşıl" maliyyənin inkişafı üçün vacib şərtlərdən biridir: “Taksanomiyada digər iqtisadi sektorlarla yanaşı, kənd təsərüffatı üzrə dayanıqlı və yaşıl fəaliyyətlərlər müəyyən ediləcək. Bu istiqamətdə Kənd Təsərüffatı Nazirliyinin ekspertləri ilə yaxın əməkdaşlığa ehtiyac var. Ümumilikdə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da kənd təsərüffatı iqlim dəyişmələrindən ən çox təsirlənən sektorlardan biridir. Temperator artımı fonunda su ehtiyyatlarının azalması iqlim dəyişikliyinə dözümlü, dayanıqlı kənd təsərüffatının yaradılmasını zəruri edir. Bu baxımdan taksanomiyada "ağıllı" sulama sistemlərinin tətbiqi, iqlim dəyişikliyinə dözümlü məhsul toxumlarının inkişaf etdirilməsi və bu qəbildən olan digər kənd təsrüffatı fəaliyyətləri dayanıqlı və yaşıl fəaliyyət növləri kimi təsnifləşdiriləcək".

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 15.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…