Əsas məzmuna keç

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

AMB-nin pul siyasəti ilə bağlı son qərarı açıqlandı. İqtisadi sabitliyi qorumaq üçün uçot faiz dərəcəsinin dəyişdirilməməsi maliyyə bazarlarına necə təsir edəcək?

ru en

Mərkəzi Bankının () İdarə Heyəti (İH) dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.

"Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə alınıb. Bir tərəfdən inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişdirilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi yumşaq pul siyasətini dəstəkləyir. Bu amillərin bir-birini tarazlaşdırması faiz dəhlizi parametrlərinin dəyişməz saxlanmasını şərtləndirir..

Cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcək. Qlobal mühitdəki qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi göstəricilərin bir neçə ssenaridə proqnozları nəzərdən keçiriləcək. Faiz dəhlizinin parametrləri ilə bağlı qərarlar verilərkən valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası da nəzərə alınacaq. O cümlədən qərarlar verilərkən manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığı və valyuta artıqlığının miqyası da diqqətdə saxlanılacaq", - deyə AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat sentyabrın 23-də ictimaiyyətə açıqlanacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…