Prezident İlham Əliyev Laosdan olan tələbələrin Azərbaycanda təhsil alması üçün təqaüd sistemi təklif edib.
“Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu İlham Əliyev Bakıda Laos Prezidenti Thonqlun Sisulitlə birlikdə mətbuat üçün bəyanatla çıxış edərkən bildirib.
Dövlət başçısı xatırladıb ki, Sovet İttifaqı dövründə Laosdan çoxlu tələbə Azərbaycanda təhsil alıb.