Əsas məzmuna keç

Orta Dəhliz üçün vahid tarif modeli hazırlanır

Orta Dəhliz üçün vahid tarif modeli hazırlanır

Transxəzər marşrutu üzrə yükdaşımaların sürətləndirilməsi üçün yeni rüsum sistemi tətbiq olunacaq. Logistika xərclərini azaldacaq layihənin detalları açıqlandı.

en ru

, və Gürcüstan Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı çərçivəsində vahid uzunmüddətli tarif modelinin yaradılması üzərində işləyir.

“Operativ Məlumat Mərkəzi-OMM” "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Mediterranean Shipping Company" (MSC) şirkətinin vitse-prezidenti Eduard Ziqrist ilə görüşdə bildirib.

Onun sözlərinə görə, vahid tarif modelinin hazırlanması ilə yanaşı, tərəflər bir sıra əsas infrastruktur layihələrini, o cümlədən Xəzər dənizində yük gəmiləri donanmasının genişləndirilməsini, Azərbaycanla birlikdə dibdərinləşdirmə işlərinin aparılmasını, eləcə də Kurık limanının modernləşdirilməsini həyata keçirirlər.

Bununla yanaşı, tərəflər nəqliyyat və logistika sahələrində perspektivlərini müzakirə ediblər. Xüsusi diqqət konteynerləşdirmə səviyyəsinin artırılmasına yönəldilib ki, bunun da yük dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına töhfə verəcəyi gözlənilir.

K.Tokayev dünyanın aparıcı konteyner daşıma şirkətlərindən birinin Qazaxıstan bazarında iştirakını yüksək qiymətləndirərək, bu gün Orta Dəhlizin inkişafının ölkə üçün strateji prioritet olduğunu qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…