Əsas məzmuna keç

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir

XİN-in bəyanatında strateji tərəfdaşlıq və ərazi bütövlüyü vurğulanıb. Rəsmi Bakı qonşu dövlətlə münasibətlərin inkişafı ilə bağlı hansı addımları atacaq?

en ru

Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yolu ilə həllinə tam dəstəyimizi bir daha təsdiqləyirik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Vurğulanıb ki, Azərbaycan Gürcüstanla strateji münasibətlərinə və mehriban qonşuluq əlaqələrinə böyük önəm verir:

"Ölkəmiz iki dövlət arasında uzun illər ərzində formalaşmış əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…