Əsas məzmuna keç

Azərbaycan gömrüyündə psixotrop maddə tutuldu

Azərbaycan gömrüyündə psixotrop maddə tutuldu

Dövlət Gömrük Komitəsinin əməkdaşları sərhəddə keçirilən əməliyyat zamanı qadağan olunmuş preparatların ölkəyə keçirilməsinin qarşısını alıb. Detallar:

en ru

Dövlət Komitəsində aparılan risk təhlilləri nəticəsində Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarəti tədbirləri zamanı xüsusilə külli miqdarda maddə-metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Komitəyə istinadən xəbər verir.

"Şahtaxtı" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə "alkoqolsuz içkilər" yükü aparan vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı iki paletdəki 312 ədəd açıq mavi rəngli plastik qablarda maye halında xalis təmiz çəkisi 53 kiloqram 817, 183 qram xüsusilə külli miqdarda psixotrop - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…