Əsas məzmuna keç

5 kiloqramdan artıq metamfetaminin tranziti dayandırıldı

5 kiloqramdan artıq metamfetaminin tranziti dayandırıldı

Sədərək postunda İrandan Türkiyəyə keçən qoşqunun akkumulyatorundakı külli miqdarda psixotrop maddə ələ keçdi. Naxçıvan gömrükçüləri hiyləni necə ifşa etdi?

en ru

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "" gömrük postunda ələ keçirilib. Yükün ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən vasitəsində daşındığı müəyyən olunub.

"X-ray" stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paket tapılıb. Paketlərdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254,397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…