Əsas məzmuna keç

Naxçıvanda 41 kq metamfetamin tutuldu

Naxçıvanda 41 kq metamfetamin tutuldu

Şahtaxtı gömrük postunda İrandan gələn yük maşınında gizli saxlanc yeri tapılıb. Külli miqdarda psixotrop maddənin ölkədən keçirilməsinin qarşısı belə alındı.

en ru

Naxçıvanda həyata keçirilən əməliyyat zamanı İrandan Türkiyəyə gedən yük maşınında xüsusi üsulla gizlədilmiş 41 kiloqramdan artıq maye metamfetamin aşkar olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Naxçıvan Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda qanunsuz dövriyyədən çıxarılıb.

Azərbaycandan tranzit keçməklə hərəkət edən yük vasitəsi "Şahtaxtı" gömrük postunda yoxlamaya cəlb edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinə aid qoşquda kustar üsulla hazırlanmış xüsusi yeri müəyyən edilib. Həmin yerdən 20 ədəd plastik qabda maye halında, təmiz çəkisi 41 kiloqram 600 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin tapılıb.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…