Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan-BƏƏ strateji tərəfdaşlıq komitəsinin iclası keçirilib

3 dəq
Paylaş:
Azərbaycan-BƏƏ strateji tərəfdaşlıq komitəsinin iclası keçirilib

Bakıda Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli Strateji üzrə Komitəsinin ikinci iclası keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iclasa komitənin həmsədrləri qismində Azərbaycan tərəfindən nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə dövlət naziri Saeed Al Hajeri rəhbərlik ediblər.

Komitənin işi çərçivəsində nazir müavini Y.Rəfiyev və dövlət naziri S.Hajeri arasında təkbətək görüş keçirilib. Daha sonra həmsədrlərin rəhbərliyi, hər iki ölkənin səfirlərinin və aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə geniştərkibli iclas baş tutub. Alt komitələr tərəfindən təqdim olunan hesabatlar əsasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafı müzakirə edilib.

Görüş çərçivəsində ötən ilin noyabr ayında Əbu-Dabidə baş tutmuş komitənin ilk iclasından bəri görülmüş işlər nəzərdən keçirilib, əldə olunmuş nəticələr qiymətləndirilib, eləcə də qarşıdakı dövr üçün prioritet istiqamətlər, konkret təşəbbüslər və birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.

Həmsədrlər komitənin ilk iclası çərçivəsində razılaşdırılmış yol xəritəsi və iş planlarının icra prosesini müsbət qiymətləndirərək konkret nəticələrə yönəlmiş əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Bununla yanaşı, qarşıdakı dövr üçün yeni təşəbbüslərin irəli sürülməsi, mövcud mexanizmlərin daha da təkmilləşdirilməsi və əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi ilə bağlı razılıq ifadə olunub.

İclasda Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan tərəfindən İqtisadiyyat, Energetika, Ədliyyə, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Mədəniyyət və Kənd Təsərrüfatı Nazirliklərinin, habelə Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, Azərbaycan İnvestisiya Holdinqi və AZCON Holdinqin nümayəndələri iştirak edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax