Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DİN-dən kiberdələduzluq xəbərdarlığı: Bu 3 qaydaya əməl edin!

2 dəq
Paylaş:
DİN-dən kiberdələduzluq xəbərdarlığı: Bu 3 qaydaya əməl edin!

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək hallarına qarşı diqqətli olmağı, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmağı tövsiyə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, müraciətdə ani diqqətsizliyin maddi vəsaitlərin itirilməsişəxsi məlumatların ələ keçirilməsi ilə nəticələnə biləcəyi bildirilib.

Qeyd olunub ki, özünü əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi, həmçinin qısa müddətdə yüksək qazanc vədləri dələduzluq əlamətləridir.

Bank kartına dair məlumatlar, o cümlədən PIN-kod və digər məxfi məlumatlar heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Unutmayaq ki, heç bir bank və ya maliyyə təşkilatının nümayəndəsi bu məlumatları zəng və ya mesaj vasitəsilə tələb etmir.

Eyni zamanda "" tətbiqi üzərindən daxil olan zənglərə xüsusi diqqət yetirilməlidir. Özünü bank əməkdaşı kimi təqdim edərək "WhatsApp" vasitəsilə kart məlumatlarını tələb edən şəxslərə inanmayın, saxtadır.

Həmçinin sosial şəbəkələrdə göndərilən naməlum keçidlərə daxil olmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsinə səbəb ola bilər. Bu səbəbdən "texniki dəstək" adı ilə edilən zənglər zamanı hər hansı məlumat verməzdən əvvəl qarşı tərəfin etibarlılığı mütləq şəkildə dəqiqləşdirilməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax