Əsas məzmuna keç

DİN və FHN-dən Novruz xəbərdarlığı

DİN və FHN-dən Novruz xəbərdarlığı

Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri yanğın təhlükəsizliyi müraciəti yayıb. Tonqal qalayarkən hansı qaydalara əməl etməli? Vacib təhlükəsizlik tədbirləri!

ru en

bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Daxili İşlər Nazirliyi (DİN)Fövqəladə Hallar Nazirliyi () əhaliyə birgə müraciət edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə DİNFHN rəsmi məlumat yayıb.

Bildirilib ki, binaların həyətlərində, avtomobillərin yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə bayram tonqallarının qalanması ciddi təhlükə yarada bilər.

" qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər. Vətəndaşların diqqətinə çatdırırıq ki:

  • Bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı 50 metr kənarda yandırılmalı;
  • Tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
  • Tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
  • Tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
  • Süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır".
Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…