Əsas məzmuna keç

FHN xəbərdarlıq etdi: Qadağan olunan ərazilərdə çimmək olmaz

FHN xəbərdarlıq etdi: Qadağan olunan ərazilərdə çimmək olmaz

Fövqəladə Hallar Nazirliyi yay mövsümü ilə bağlı əhaliyə müraciət edib. Çimərlik mövsümündə təhlükəsizlik qaydalarına əməl etmək üçün hansı zonalar təhlükəlidir?

en ru

kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək qadağandır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin () həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciətində bildirilib.

Qeyd olunub ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşların su hövzələrində müvafiq təhlükəsizlik qaydalarına əməl etməməsi acı nəticələrə səbəb olur.

Həmçinin müraciətdə vurğulanıb ki, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

"Həmçinin çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Eləcə də qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir", - müraciətdə bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…