Əsas məzmuna keç

DİN-dən valideynlərə ciddi xəbərdarlıq

DİN-dən valideynlərə ciddi xəbərdarlıq

Daxili İşlər Nazirliyi uşaqların təhlükəsizliyi və ailə-məişət zorakılığı ilə bağlı çağırış etdi. Azyaşlıların rəqəmsal mühitə nəzarəti niyə həyati vacibdir?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Daxili İşlər Nazirliyi uşaqlara qarşı yönələn ailə-məişət zorakılığının qarşısını almaq üçün aidiyyəti dövlət qurumları ilə birgə genişmiqyaslı profilaktik tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, uşaq təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin gələcəyidir. Valideyn məsuliyyəti isə sadəcə hüquqi öhdəlik deyil, həm də mənəvi vəzifədir.

Qanunvericiliyə əsasən, valideynlər və ya onları əvəz edən şəxslər azyaşlıların sağlamlığına və davranışına nəzarət etməlidirlər. Bu məsələ yalnız qanunla məhdudlaşmır.

Uşağın nəzarətsiz qalması onun fiziki təhlükə, zərərli mühit, aqressiv təsirlər və cinayət riskləri ilə üzləşməsinə səbəb ola bilər. Bu isə artıq təkcə ailə problemi deyil, ictimai təhlükədir.

Müasir dövrdə təhlükə yalnız küçədə deyil. Sosial şəbəkələr, rəqəmsal mühit və mənfi təsir qrupları valideyn diqqətini daha da vacib edir.

Qeyd edilib ki, əməkdaşları aidiyyəti dövlət qurumları ilə birgə uşaqların hüquqlarının qorunması istiqamətində maarifləndirici və profilaktik tədbirlər həyata keçirir.

Məqsəd cəzalandırmaq deyil, qorumaqdır. İzahedici söhbətlər, tövsiyələr və preventiv yanaşma təhlükənin qarşısını əvvəlcədən almağa xidmət edir. Valideyn məsuliyyəti hüquqi norma olmaqla yanaşı, vətəndaşlıq borcudur.

Ona görə də övladınızın harada, kimlə və necə vaxt keçirdiyini bilin, onların rəqəmsal mühitdəki fəaliyyətinə nəzarət edin, davranış dəyişikliklərinə biganə qalmayın, məktəb və ictimai mühitlə əlaqəni gücləndirin, laqeyd yanaşmayın.

Gəlin, uşaqları aqressiv təsir yaradan hallardan birgə qoruyaq. Unutmayaq ki, bu gün göstərilən diqqət sabahın sağlam və güvənli vətəndaşını formalaşdırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…