Əsas məzmuna keç

AZAL və “Özbəkistan Hava Yolları" yeni kod-şerinq müqaviləsi imzalayıb

AZAL və “Özbəkistan Hava Yolları" yeni kod-şerinq müqaviləsi imzalayıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və “Özbəkistan Hava Yolları" (“Uzbekistan Airways”) şirkəti arasında yeni kod-şerinq müqaviləsi imzalanıb. "Operativ...

" Hava Yolları" QSC () və “ Hava Yolları" (“Uzbekistan ”) şirkəti arasında yeni kod-şerinq müqaviləsi imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, müqavilə tərəflərə birgə uçuşlar həyata keçirmək, tərəfdaşın reyslərində öz kodları ilə bilet satmaq və sərnişinlərə daha geniş marşrut və seçim təqdim etmək imkanı verir.

Yeni əməkdaşlıq sərnişinlərə və Daşkənd arasında səyahətlərini planlaşdırarkən daha çox rahatlıq təqdim edir. İndi səyahətçilər hər iki aviaşirkətin həyata keçirdiyi həftədə 9 uçuş arasında ən uyğun variantı seçə bilərlər.

Həmçinin müqavilə tranzit sərnişinlər üçün imkanları genişləndirir, Bakı və Daşkənddəki hava limanları vasitəsilə daha rahat bağlantılar ilə beynəlxalq marşrutlara çıxışı asanlaşdırır.

Bundan əlavə, “Uzbekistan Airways” aviaşirkətinin sərnişinləri Özbəkistanın ikinci mühüm turizm və mədəniyyət mərkəzindən komfortlu və rahat uçuşlar üçün "Azərbaycan Hava Yolları"nın Bakı–Səmərqənd–Bakı marşrutunda təqdim etdiyi imkanlardan yararlana biləcəklər.

Bakı aeroportu

Bu gün: Bu gün gecikən və ya ləğv olunan reys yoxdur (saat 11:10 məlumatı)

Bakıdan növbəti uçuşlar

  1. 11:20 · G9 306 G9 306 · Minik
  2. 11:30 · J2 253 J2 253 · Qeydiyyat bitdi
  3. 12:25 · 6H 882 6H 882 · Qeydiyyat
  4. 12:35 · VF 182 VF 182 · Qeydiyyat
Gediş tablosu ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…