Əsas məzmuna keç

Avropa Parlamentinin Prezidenti Ukraynaya səfər edib

Avropa Parlamentinin Prezidenti Ukraynaya səfər edib

Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ukraynaya səfər edib. Bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk "X" hesabında paylaşım edib....

Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ukraynaya səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ali Radasının sədri Stefançuk "X" hesabında paylaşım edib.

"Avropa Günündə mən Avropa Parlamentinin Prezidentini Kiyevdə salamlamaqdan məmnunam", - bildirib.

Stefançuk vurğulayıb ki, Avropa Parlamenti Ukraynanı ən çox Aİ institutlarından biridir və bu Aİ-də Ukraynanın bloka üzv olmaq üçün namizəd statusunu müdafiə edən ilk qurum olub.

"Azadlıq və Avropa dəyərləri uğrunda mübarizəmizi dəstəkləmək üçün beynəlxalq koalisiya qurmaq, Ukraynaya silah tədarük etmək və Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirmək məsələsində Avropa Parlamenti həmişə güclü söz sahibi olub. Ukrayna isə bunu həmişə yüksək qiymətləndirəcək", Ali Radanın sədri qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…