Əsas məzmuna keç

Avropa İttifaqı Qırmızı dənizdə hərbi əməliyyata başlayacağını açıqlayıb

Avropa İttifaqı Qırmızı dənizdə hərbi əməliyyata başlayacağını açıqlayıb

Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə il ərzində davam edən “Aspides” (“Qalxanlar”) hərbi əməliyyatına başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a Aİ-nin nümayəndəsi bildirib.

“Əməliyyatın bir il ərzində məqsədlərinə çatacağı gözlənilir".

Fevralın əvvəlində məlum olub ki, Qırmızı dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi üzrə Aİ missiyasının taktiki komandanlığı İtaliyaya verilib.

Bundan əvvəl Aİ diplomatiya rəhbəri Josep Borrell demişdi ki, Aİ ölkələrinin Qırmızı dənizin cənubunda gəmiləri Yəmənin Allah hərəkatının (husilər) hücumlarından qorumaq üçün dəniz missiyası müdafiə xarakterli olacaq.

Onun sözlərinə görə, Aİ quruda hər hansı əməliyyat keçirməyi planlaşdırmır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…