Əsas məzmuna keç

Mark Markes MotoGP-dən təqaüdə çıxdığını açıqlayıb

Mark Markes MotoGP-dən təqaüdə çıxdığını açıqlayıb
— Foto: Anadolu Ajansı

MotoGP-nin səkkizqat dünya çempionu Mark Markes karyerasını başa vurduğunu elan edib. Mövsümün son yarışı Valensiya Qran-prisi bu həftəsonu İspaniyada keçiriləcək.

en ru tr

MotoGP-nin səkkizqat dünya çempionu Mark Markes təqaüdə çıxdığını açıqlayıb. MotoGP-nin paylaşımında ispaniyalı pilotun karyerasını başa vurduğu bildirilib.

“Təşəkkürlər, Mark. MotoGP-nin səkkizqat dünya çempionu Mark Markes təqaüdə çıxdığını açıqlayıb”, – paylaşımda qeyd olunub.

Motosiklet yarışlarının ən böyük təşkilatı olan MotoGP-də mövsümün 22-ci və son yarışı – Valensiya Qran-prisi bu həftəsonu İspaniyada keçiriləcək.

“Dukati Lenovo” komandasının pilotu Mark Markes ötən həftə karyerasının səkkizinci çempionluğunu rəsmiləşdirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…