Atmosferi çirkləndirən asfalt-beton zavodunun rəisi cərimələnib

Atmosferi çirkləndirən asfalt-beton zavodunun rəisi cərimələnib
29.05.2023 14:28
Aa
dəq

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atıldığı müəyyən olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Araşdırma zamanı “45-li Yol İstismarı” MMC–yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən ətraf mühitə tullantı atıldığı məlum olub.

Faktla bağlı zavodun rəisi Qədir Əskərov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə edilib.

Çatışmazlıqların aradan qaldırılması üçün Q.Əskərova məcburi göstəriş verilib və nöqsanlar aradan qaldırılanadək zavodun fəaliyyəti dayandırılıb.

Həftənin ən çox oxunanları

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
DAVAMIN OXU davamın oxu

Bayram günlərində təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub

Bayram günlərində təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub
DAVAMIN OXU davamın oxu

Son iki ayda 4 min 750 uşağa reabilitasiya xidmətləri göstərilib

Son iki ayda 4 min 750 uşağa reabilitasiya xidmətləri göstərilib
DAVAMIN OXU davamın oxu

NİİM sürücülərə xəbərdarlıq edib

NİİM sürücülərə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

FHN yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib

FHN yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib
DAVAMIN OXU davamın oxu