Əsas məzmuna keç

"Atletiko" rəsmisi Qrizmanın əvəzlənməsindən danışdı

"Atletiko" rəsmisi Qrizmanın əvəzlənməsindən danışdı

İdman direktoru Mateu Alemani komandanı tərk edəcək Antuan Qrizmana əvəzləyici tapmaq məsələsinə aydınlıq gətirib.

en ru

Madridin "" klubunun idman direktoru hücumçu Qrizmana əvəzləyici axtarışı ilə bağlı sualları cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, klub rəsmisinin sözlərinə görə, Qrizmanı birbaşa əvəz etmək real deyil.

"Tamamilə eyni xüsusiyyətlərə malik oyunçu tapmaq sadəcə qeyri-mümkündür. Komandanın zərər görməməsi üçün alternativ variantlar axtarmalı olacağıq. Bu barədə artıq bəzi ideyalarımız var və planımız baş məşqçinin baxışları ilə üst-üstə düşür", – deyə Alemani vurğulayıb.

Hazırda Dieqo Simeonenin rəhbərlik etdiyi kollektiv İspaniya La Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, ulduz futbolçu artıq ABŞ-nin "Orlando City" komandası ilə müqavilə imzalayıb və fransız oyunçunun transferi gələn yay baş tutacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…