Əsas məzmuna keç

Arsenal Rafinya üçün 100 milyon avroluq təklif hazırlayır

Arsenal Rafinya üçün 100 milyon avroluq təklif hazırlayır

Mikel Artetanın rəhbərlik etdiyi London klubu "Barselona"nın ulduzu üçün 100 milyon avro ayırıb. Premyer Liqa liderinin bu addımı transfer bazarını sarsıdacaq.

en ru

İngiltərə Premyer Liqasının lideri “” hücum xəttini gücləndirmək üçün Avropanın ən yaxşı oyunçularından birini hədəfə alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" İspaniya mediasına istinadən xəbər verir ki, "topçular"ın idman direktoru Andrea Berta, "Barselona"nın ulduzu Rafinya üçün 100 milyon rekord məbləğdə təklif göndərməyə hazırlaşır.

Artetanın yetirmələri son turda "Brentford" ilə 1-1 hesablı heç-heçə edərək çempionluq yolunda kritik xallar itiriblər. Hazırda turnir cədvəlinin zirvəsində yer alan klubu, ən yaxın izləyicisi ""ni 4 xal qabaqlayır. Lakin son 18 xaldan cəmi 9-nu toplaya bilən "Arsenal"ın hücum xəttindəki səmərəliliyin azalması rəhbərliyi hərəkətə keçirib.

Rafinya əsasən sağ cinah oyunçusu olsa da, "Barselona"da Lamin Yamalın parlamasından sonra sol cinahda da uğurla çıxış edir. "Arsenal"da hazırda sol cinah üçün Martinelli, Trossard və Eze arasında rotasiya edilsə də, heç bir oyunçu bu mövqeni tam olaraq mənimsəyə bilməyib.

Rafinyanın "Barselona"da xoşbəxt olduğu və Hansi Flikin rəhbərliyi altında gələn mövsüm komandanın kapitanlarından biri olacağı gözlənilir. Lakin "Arsenal"ın bu mövqeyə "astronomik" büdcə ayırması hər şeyi dəyişə bilər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…