Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Argentinada piranya hücumu səbəbindən çimərlik bağlandı

2 dəq
Paylaş:
Argentinada piranya hücumu səbəbindən çimərlik bağlandı

Argentinada məşhur piranya hücumlarından sonra bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "LADBible" məlumat yayıb.

Xilasedici Martin bildirib ki, 46 insana kömək lazım olub.

O qeyd edib ki, bütün xəsarətlər ciddi olub və üç ilk yardım dəstindən istifadə edilib. Balıqların dişləməsi nəticəsində qurbanların qol və ayaqlarında dərin, qanayan yaralar yaranıb.

Hadisədən sonra xilasedicilər bütün üzgüçülərə dərhal sudan edib və bayraqlar qaldıraraq təhlükə siqnalı veriblər. Bir neçə yaralı – həm uşaqlar, həm də böyüklər – xəstəxananın təcili yardım şöbəsində müalicə alıb. Xəstəxana açıqlayıb ki, bütün yaralılar üzgüçülüyün qadağan olunduğu ərazilərdə suya giriblər.

Məlumata görə, qurbanlardan biri barmağını itirib. Xəsarət alanların sayı artdıqdan sonra hakimiyyət orqanları çimərliyi tamamilə bağlamaq qərarı verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax