Əsas məzmuna keç

AK Gürcüstanın diplomatik pasportları üçün vizanı dayandırdı

AK Gürcüstanın diplomatik pasportları üçün vizanı dayandırdı

Aİ Şengen zonasına rəsmi girişi məhdudlaşdırdı. Tiflisin öhdəlikləri pozması və xarici agent qanununa görə xidməti sənədlərə viza tətbiqi bərpa edildi. Təfərrüatlar:

en ru

Avropa Komissiyası Gürcüstanın bəzi sahibləri üçün vizasız rejimi dayandırıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün zonasına vizasız girişi dayandırıb.

Bildirilib ki, artıq həmin pasport sahiblərindən Şengen zonasına rəsmi məqsədlərlə daxil olmaq üçün tələb olunacaq. Qeyd olunub ki, bu mexanizm ilk dəfə tətbiq edilir və qərar bütün Avropa İttifaqı üzv dövlətləri tərəfindən təsdiqlənib.

Məlumata görə, qərar Gürcüstanın demokratiya və fundamental hüquqlar sahəsində vizasız rejim çərçivəsində öhdəliklərini qəsdən və sistemli şəkildə pozmasına cavab olaraq qəbul edilib.

Qeyd edək ki, Gürcüstanla Avropa İttifaqı arasında vizasız rejim 2017-ci ildən qüvvədədir. Tərəflər arasında gərginlik isə 2025-ci ildə Gürcüstanda qəbul edilən “xarici agentlər haqqında” qanundan sonra daha da artıb. Həmçinin 10-dan çox Aİ ölkəsi Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız səyahəti artıq ləğv edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…