Əsas məzmuna keç

Yaponiyada 15 günlük viza ilə gəlib 33 il qalan şəxs saxlanıldı

Yaponiyada 15 günlük viza ilə gəlib 33 il qalan şəxs saxlanıldı

Cənubi Koreya vətəndaşı olan 72 yaşlı şəxs, qardaşının pasportundan istifadə edərək ölkədə qanunsuz yaşamaqda ittiham olunur.

en ru

Yaponiyada 72 yaşlı vətəndaşı 33 il ölkədə qanunsuz yaşadığı üçün saxlanılıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Şizuoka prefekturasının əməkdaşları tərəfindən saxlanılan şəxsin 1993-cü ildə Yaponiyaya 15 günlük turist vizası ilə daxil olduğu və həmin vaxtdan ölkəni tərk etmədiyi müəyyənləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, 72 yaşlı şəxs Yaponiyaya daxil olarkən qardaşına məxsus pasportdan istifadə edib. O, polisə verdiyi ifadədə daha yüksək maaşlı iş tapmaq ümidi ilə Yaponiyaya gəldiyini bildirib və törətdiyi əməli etiraf edib.

Məsələ ilə bağlı hüquqi araşdırma davam edir. Yaponiyada 2000-ci ildə yenilənmiş qanunları qüvvəyə minənədək müddətinin aşılması cinayət məsuliyyəti yaratmırdı. Hazırda isə həmin şəxsin viza müddətini ümumilikdə 33 il aşması və saxta sənəddən istifadə etməsi ciddi hüquqi nəticələrə səbəb ola bilər.

Saxlanılan şəxsin qanunsuz miqrasiya və pasportdan qanunsuz istifadə ilə bağlı məsuliyyətə cəlb olunması məsələsinə istintaq çərçivəsində hüquqi qiymət veriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…