Ararat Mirzoyanın BMT İnsan Hüquqları Şurasının və Silahsızlanma üzrə Konfransın yüksək səviyyəli seqment iclaslarında iştirak etdiyi Cenevrəyə səfəri başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Armenpress"in məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Məlumata əsasən, Ararat Mirzoyan Baş nazirin nümayəndə heyətinin tərkibində planlaşdırılan görüşlərdə iştirak etmək üçün Varşavaya yola düşüb.