Əsas məzmuna keç

İran və ABŞ arasında birbaşa danışıqlar olmayıb: Qətərdəki görüşlərin təfərrüatı

İran və ABŞ arasında birbaşa danışıqlar olmayıb: Qətərdəki görüşlərin təfərrüatı

Qətərdə keçirilən görüşlərdə İran nümayəndə heyəti ABŞ-ın anlaşma memorandumunu pozması ilə bağlı narahatlıqlarını ifadə edib.

en ru

İran ilə birbaşa təmas olmadığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İranın nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi Qətərdə keçirilən danışıqlar zamanı İran və ABŞ nümayəndələri arasında heç bir birbaşa görüşün baş tutmadığını bildirib.

Onun sözlərinə görə, İran nümayəndə heyətinin Qətərin və Xarici işlər naziri ilə danışıqları ilə başlayıb. Daha sonra İran, Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşlər keçirilib. Danışıqlar çərçivəsində anlaşma memorandumunun icrasına nəzarət edən monitorinq qrupunun ilk iclası da baş tutub.

Qəribabadi bildirib ki, İran tərəfi ABŞ-nin memorandumun müharibənin dayandırılmasını nəzərdə tutan birinci maddəsini pozduğunu iddia edib. O, həmçinin Vaşinqtonun regionda hərbi qüvvələrini artırması və amerikalı rəsmilərin bəyanatları ilə bağlı narahatlıqlarını qarşı tərəfin diqqətinə çatdırdıqlarını qeyd edib.

Məlumata görə, tərəflər monitorinq qrupu üçün təcili rabitə kanalının yaradılması və memorandumun icrası zamanı yaranan problemlərin rəsmi qaydada qeydə alınaraq müzakirə edilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, görüşlər zamanı İran və Qətər rəsmiləri dondurulmuş 6 milyard dollar vəsaitin istifadəsini də müzakirə ediblər. Danışıqlar regionda gərginliyin artdığı bir vaxta təsadüf edib. İran son günlər ABŞ və İsraili atəşkəs öhdəliklərini pozmaqda ittiham edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…