Əsas məzmuna keç

Ermənistan XİN rəhbəri Volker Türk ilə görüşdü

Ermənistan XİN rəhbəri Volker Türk ilə görüşdü

Ararat Mirzoyan BMT rəsmisi ilə insan hüquqları və Azərbaycanla sülh prosesini müzakirə etdi. Humanitar vəziyyət və etimad mühiti barədə mühüm detallar xəbərdə.

en ru

Ermənistanın naziri BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Ararat Mirzoyan və Volker Türk insan hüquqlarının müdafiəsi sahəsində prioritetlər, beynəlxalq insan hüquqları sisteminin üzləşdiyi mövcud çətinliklər və əməkdaşlığın əsas sahələri barədə fikir mübadiləsi aparıblar.

Mirzoyan və arasında bərqərar olmuş sülhün daha da institusionallaşdırılması üçün Ermənistanın yanaşmalarını təqdim edib.

Sülhün davamlı olaraq möhkəmləndirilməsi, etimad mühitinin yaradılmasına yönəlmiş addımlar, eləcə də münaqişədən təsirlənən əhalinin ehtiyaclarının ödənilməsi və humanitar məsələlər mövzuları müzakirə edilib.

Görüşdə demokratik dayanıqlığı və insan hüquqları təsisatlarına etimadı davamlı olaraq gücləndirmək üçün fəal əməkdaşlığın vacibliyi vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…