İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın real olmayan gözləntilərinin İranın nüvə məsələsi ilə bağlı danışıqların pozulmasına səbəb olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Çətin nüvə danışıqları daşınmaz əmlak sövdələşməsi kimi qiymətləndirildikdə və böyük yalan reallığı kölgədə qoyduqda, qeyri-real gözləntilər heç vaxt özünü doğrultmayacaq", - o qeyd edib.
"Nəticə? Qisas məqsədilə danışıqlar masasının bombalanması. Cənab Tramp diplomatiyaya və onu seçən amerikalılara xəyanət etdi”, - Əraqçi əlavə edib.