Türkiyədə son iki həftədə 35 əyalətdə keçirilən genişmiqyaslı antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 184 nəfər saxlanılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına əsasən, saxlanılan şübhəlilərdən 22-si həbs edilib, 33-ü haqqında isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Hazırda digər şübhəlilər barədə hüquqi araşdırmalar davam etdirilir.
Əməliyyat çərçivəsində aparılan axtarışlar zamanı 8 ədəd qanunsuz tapança, 1 ədəd qanunsuz tüfəng, həmçinin terror qruplaşmasına aid çoxlu sayda sənəd və rəqəmsal materiallar müsadirə edilib.