Türkiyənin 24 vilayətində keçirilən genişmiqyaslı antiterror əməliyyatları nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsi ilə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyi (DİN) rəsmi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, şübhəlilər terror təşkilatı ilə əlaqəli şəxslər və qondarma yardım qurumları vasitəsilə şəbəkəyə maliyyə ötürüblər.
Qeyd olunub ki, saxlanılan şəxslər həmçinin sosial şəbəkə hesabları üzərindən terror təşkilatının təbliğatını aparıblar.