Əsas məzmuna keç

“Aqrar sahə haqqında” qanun layihəsinə uyğunlaşdırma dəyişiklikləri I oxunuşda təsdiqlənib

“Aqrar sahə haqqında” qanun layihəsinə uyğunlaşdırma dəyişiklikləri I oxunuşda təsdiqlənib

Milli Məclisin iclasında kənd təsərrüfatı sektorunu tənzimləyən sənədə edilən düzəlişlər səsvermə yolu ilə qəbul edilərək parlamentdə təsdiqini tapıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki Məcəllədə, "Kredit ittifaqları haqqında", " sistemi haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda qəbul olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, həmin qanunlar " haqqında" qanun layihəsinə uyğunlaşdırılıb.

Dəyişikliklərə əsasən, qanunvericilikdə "kənd təsərrüfatı" ifadələrinin bir hissəsi "aqrar" anlayışı ilə əvəz olunur, aqrar kooperativlər və aqrar sahədə fəaliyyət göstərən ictimai birliklərlə bağlı müddəalar dəqiqləşdirilir.

"Büdcə sistemi haqqında" Qanuna "aqrar subsidiya" anlayışı əlavə edilir. Aqrar subsidiya aqrar məhsul istehsalını stimullaşdırmaq və xərcləri qismən və ya tam kompensasiya etmək məqsədilə dövlət büdcəsindən verilən, vergiyə cəlb edilməyən əvəzsiz maliyyə vəsaiti kimi müəyyənləşdirilir.

"Fitosanitar nəzarəti haqqında" Qanunda dövlət fitosanitar xidmətinə dair bir sıra müddəalar ləğv edilir və terminologiya bitki sağlamlığı üzrə xidmət göstərən fiziki və hüquqi şəxsləri əhatə edəcək şəkildə yenilənir. Qanunun müvafiq fəsli ləğv olunur, dövlət fitosanitar xidmətinin təşkili ilə bağlı bəzi normalar çıxarılır.

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Qanuna da çoxsaylı terminoloji dəyişikliklər edilir. Sənədin müxtəlif maddələrində "kənd təsərrüfatı" və "kənd təsərrüfatı məhsulları" ifadələri müvafiq olaraq "aqrar" və "aqrar məhsullar" anlayışları ilə əvəzlənir.

Mülki Məcəllədə isə aqrar kooperativlər, aqrar məhsullar və aqrar sahədə fəaliyyət göstərən ictimai birliklərlə bağlı müddəalar yenilənir. Həmçinin bitkiçilik və heyvandarlıq sahəsində istehsal edilən xammal və malların məhsul anlayışına aid edilməməsi barədə norma yeni redaksiyada verilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…