ABŞ-ın texnologiya nəhənglərindən olan “Apple”ın aprel-iyun dövründəki gəliri illik bazda 1 faiz azalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkət rəsmiləri məlumat verib.
"Apple" tərəfindən edilən açıqlamaya görə, üçüncü rüb olaraq qəbul edilən və iyulun 1-də sona çatan 3 aylıq balans hesabatında şirkətin gəliri keçən ilin eyni dövrünə görə yüzdə 1 azalaraq 81,8 milyard dollar olub. Ötən ilin eyni dövründə şirkətin gəliri təxminən 83 milyard dollar olub.
Xatırladaq ki, azalmaya baxmayaraq, şirkətin bazar gözləntilərini üstələyən gəlirinin bu dövrdə 81,7 milyard dollar olacağı gözlənilirdi.