Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Apple" şirkətinin satış gəlirləri 16 faiz artaraq rekord həddə çatıb

2 dəq
Paylaş:
"Apple" şirkətinin satış gəlirləri 16 faiz artaraq rekord həddə çatıb

Dünyanın ən böyük şirkətlərindən biri olan “” 2026-cı maliyyə ilinin ilk rübünə dair hesabatını ictimaiyyətə təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin ümumi xalis satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz 143,8 milyard dollara yüksəlib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 124,3 milyard təşkil etmişdi.

Şirkətin xalis mənfəəti isə 36,3 milyard dollardan 42,1 milyard dollara qədər artıb. Bu isə səhm başına düşən qazancın 2,4 dollardan 2,84 dollara yüksəlməsi deməkdir.

Hesabat dövründə məhsullar üzrə satış göstəriciləri aşağıdakı kimi bölünüb:

  • "" satışları: İllik müqayisədə 23 faiz artaraq 85,3 milyard dollara çatıb və bazar gözləntilərini üstələyib.
  • "iPad" satışları: 6 faiz artımla 8,6 milyard dollar təşkil edib.
  • "Mac" satışları: 7 faiz azalaraq 8,4 milyard dollara geriləyib.

Analitiklərin fikrincə, "Apple" tərəfindən əldə edilən həm ümumi gəlir, həm də səhm başına düşən mənfəət proqnozlaşdırılan rəqəmlərdən daha yüksək olub. Bu artımda əsas payın məhz yeni nəsil "iPhone" modellərinə olan yüksək tələbatın olduğu bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax