Əsas məzmuna keç

Ankarada genişmiqyaslı əməliyyat: 78 nəfər saxlanıldı

Ankarada genişmiqyaslı əməliyyat: 78 nəfər saxlanıldı

Türkiyə paytaxtında yeni nəsil cinayətkar dəstələrə qarşı keçirilən reydlər nəticəsində onlarla şübhəli şəxs yaxalanıb.

en ru

Baş Prokurorluğunun rəsmi məlumatına əsasən, paytaxtda yeni qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əməliyyat Ankara İl Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən koordinasiya olunub.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlər çərçivəsində bir sıra ünvanlarda eyni vaxtda reydlər həyata keçirilib.

Məlumata görə, aparılan istintaq nəticəsində cinayətkar dəstələrlə əlaqəsi olduğu müəyyən edilən 117 nəfər şübhəli şəxs barədə qərar qəbul edilib. Onlardan 78 nəfəri saxlanılaraq istintaqa cəlb olunub.

Bildirilib ki, hazırda qalan şübhəlilərin də müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hüquq-mühafizə orqanları əməliyyatın genişləndirilə biləcəyini istisna etmir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…