Operativ Məlumat Mərkəzi

Ankarada FETÖ-ya qarşı əməliyyatda 38 nəfər həbs edilib

1 dəq
Paylaş:
Ankarada FETÖ-ya qarşı əməliyyatda 38 nəfər həbs edilib
əməliyyat çərçivədə, təşkilat tərəfindən “məsul şəxs” kimi təyin edilmiş və həmin şəxslərdən 20-si hələ də müxtəlif dövlət qurumlarında aktiv çalışan 38...

Ankara Cümhuriyyət Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində FETÖ/PDY silahlı terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadla xəbər verir ki, əməliyyat çərçivədə, təşkilat tərəfindən “məsul şəxs” kimi təyin edilmiş və həmin şəxslərdən 20-si hələ də müxtəlif dövlət qurumlarında aktiv çalışan 38 şübhəli şəxs həbs edilib.

Digər şübhəlilərin tutulması və Baş Prokurorluğa təhvil verilməsi istiqamətində Ankara İl Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər