Əsas məzmuna keç

Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq

Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq

Türkiyə və Suriya hərtərəfli hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq. Bu barədə Türkiyənin "Hürriyyət" qəzeti məlumat yayıb. Qəzet bu sənədin nə vaxt...

və hərtərəfli hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti məlumat yayıb.

Qəzet bu sənədin nə vaxt imzalanmasının nəzərdə tutulduğunu açıqlamayıb. Yazıda Ankara və Dəməşqin İsraildən Suriyanın təhlükəsizliyinə təhdidlər fonunda bu mühüm addımı atdığı qeyd edilir.

"Hürriyət" xatırladır ki, Türkiyənin naziri bundan əvvəl ölkəsinin Suriyada sabitliyi pozmaq və onu parçalamaq planlarına imkan verməyəcəyini bəyan etmişdi. Nəşr həmçinin qeyd edir ki, Suriyanın yeni hakimiyyət orqanları terrorla mübarizədə kömək üçün Türkiyəyə üz tutub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…