Əsas məzmuna keç

Androsda batan gəminin heyəti xilas edildi

Androsda batan gəminin heyəti xilas edildi

Yunanıstanın Egey dənizində qəzaya uğrayan dənizçilər Sahil Mühafizə Xidməti tərəfindən təxliyə edilib. Təhlükəli əməliyyatın təfərrüatları və son vəziyyət xəbərimizdə.

en ru

Yunanıstanın yaxınlığında batan yük gəmisinin doqquz nəfərdən ibarət ekipajının bütün üzvləri xilas edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə yerli ölkənin mühafizəsinə istinadən məlumat yayıb.

Albaniyadan Ukraynaya doğru hərəkət edən və yüzlərlə ton soda daşıyan yük gəmisi Andros adası yaxınlığında qayalara çırpılaraq batıb.

Ekipajın iki üzvü dənizdən, daha yeddi nəfər isə Andros adasındakı qayalıq ərazidən çıxarılaraq xilas edilib. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbləri hələlik müəyyən edilməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…