Əsas məzmuna keç

Anaklaudia Rossbax: Orta Dəhliz şəhərləri inkişaf etdirir

Anaklaudia Rossbax: Orta Dəhliz şəhərləri inkişaf etdirir

BMT rəsmisi Trans-Xəzər marşrutu üzərindəki məntəqələrin inkişafını şərh etdi. Dayanıqlı urbanizasiya və investisiya cəlbi ilə bağlı mühüm detalları öyrənin.

en ru

Multimodal dəhlizləri yalnız insanların və yüklərin daşınmasına xidmət etmir, həm də regionların modelini dəyişir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq: şəhərlərin yenidən qurulması şəhərləri regional əlaqə və ortaq rifahın mühərriklərinə necə çevirə bilər?” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.

“Hazırda Afrika ilə Avropanı, eləcə də Asiyanı birləşdirən strateji dəhlizlər dövrümüzün ən mühüm infrastruktur investisiyalarındandır. Xüsusilə Çin, Mərkəzi Asiya, Xəzər regionu, və Avropanı birləşdirən Orta Dəhliz boyunca həyata keçirilən layihələr bu baxımdan mühüm nümunədir”, – deyə UN-Habitat-ın icraçı direktoru diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu dəhliz üzərində yerləşən iqtisadiyyatlarını şaxələndirmək üçün real imkanlar əldə edir. Bu şəhərlər yaşıl sənaye, logistika xidmətləri, aqrar emal və rəqəmsal biznes sahələrində inkişaf potensialı qazanır. İkinci dərəcəli şəhərlər də artıq yalnız tranzit məntəqələri deyil, mühüm iqtisadi aktorlara çevrilirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…